Yan 13, 2019 20:02 Asia/Baku
  • Ərdoğan İŞİD-ə dəstəyin ağır nəticələrini vurğulayıb

Türkiyə prezidenti deyib: İŞİD terror qrupu, PKK və Gülən qrupu sonda öz himayədarları üçün problem yaradacaqlar.

Rəcəb Tayyıb Ərdoğan bu gün Türkiyənin şimal-qərbində yerləşən Kocaeli vilayəti şəhərlərinin bələdiyyə seçkiləri namizədlərinin təqdimat mərasimində vurğulayıb: İŞİD kimi terror qrupları narkotik maddələr ticarəti və insan alveri kimi mafiya üsullarına bənzər metodlardan istifadə edirlər. Bu qruplar onlara dəstək vermiş ölkələr üçün bir kabusa çevriləcəklər.

O, həmçinin regionda terror qruplarına hakim kəsilmiş şəraitə toxunaraq, deyib: Bun günlər onların yaxşı günləridir və bu gün təmin olunan və silah alan terror təşkilatları sonda problemə düçar olacaqlar.

Ərdoğanın sözləri elə bir haldadır ki, İsveçdəki "Nordik Monitor" saytı cümə günü gizli sənədlər yayaraq, 2014-cü ildə çoxlu sayda təkfirçi terroçunun Suriyaya ötürülməsində Türkiyə kəşfiyyat təşkilatı- MİT-in rolunu ifşa edibdir.

Teqlər