Yan 15, 2019 21:32 Asia/Baku
  • Ərdoğan Suriyada təhlükəsizliyin təsbiti üçün İran və Rusiya ilə məşvərətlərin davamına təkid edib
    Ərdoğan Suriyada təhlükəsizliyin təsbiti üçün İran və Rusiya ilə məşvərətlərin davamına təkid edib

Türkiyə prezidenti deyib ki, ölkəsi Suriyada sabitlik və təhlükəsizliyin bərqərarı üzrə səylər çərçivəsində İran və Rusiya ilə məşvərətlərini davam etdirəcəkdir.

Rəcəb Tayyıb Ərdoğan bu gün vurğulayıb: Ankara Suriya barədə İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putinlə bir iclas keçirməyə hazırlıq görür.

Türkiyə prezidenti həmçinin 2019-cu ilin yanvarında Putinlə baş tutacaq görüşündən xəbər verib və deyibdir ki, Ankara Suriyanın şimalında 20 millik əraziyə malik bir təhlükəsizlik məntəqəsi yaradacaqdır.

Teqlər