Fev 14, 2019 16:57 Asia/Baku
  • Türkiyə polisinin terror ünsürlərinə qarşı əməliyyatı

Türkiyə polisinin Bursa şəhərində keçirdiyi əməliyyatda İŞİD terror qrupuna üzvlükdə şübhəli bilinən onlarla nəfər həbs olunub.

Bu əməliyyat eyni zamanda Bursa əyalətinin beş nöqtəsində icra olunub. Nəticədə İŞİD terror qrupuna üzvlükdə şübhəli bilinən 52 nəfər həbs olunub.

İndiyədək 300-dən çox Türkiyə vətəndaşı İŞİD-in hücumlarında öldürülüb.

2017-ci il yanvarın birində keçirilən terror hücumunda 39 nəfər öldürülmüşdü. Hadisə İstanbuldakı bir gecə klubunda baş vermiş və İŞİD onun məsuliyyətini üzərinə götürmüşdü.

Suriya böhranının başlanması ilə Türkiyə İŞİD ünsürlərinin Suriyaya daxil olmalarının əsas məkanına çevrilibdir.