Fev 15, 2019 12:04 Asia/Baku
  • Ərdoğan Astana prosesini Suriya böhranının həlli üzrə ən uğurlu layihə adlandırıb

Türkiyə prezidenti deyib ki, Astana prosesi Suriya böhranının həlli üzrə ən uğurlu layihədir.

Dünən Rusiyanın Soçi şəhərində, üçtərəfli İran-Rusiya-Türkiyə sammitində çıxış edən Rəcəb Tayyıb Ərdoğan əlavə edib: Astana prosesi istər döyüşlərin dayandırılmasında, istər atəşkəsin icrasında, istər sazişdə, istərsə də gərginliyin azaldılması məntəqələrinin yaradılmasında, Suriya böhranının həlli üzrə ən böyük uğurlu layihə olubdur.

Ərdoğan çıxışının digər bir hissəsində vurğulayıb: Daha Suriyada qan axıdılmamasına səy göstərildiyi bir halda, bəzi Qərb ölkələri hələ də Suriyada döyüşlərin davam etməsinə səy göstərirlər.