Fev 16, 2019 10:34 Asia/Baku
  • Əroğan Makronu siyasət aləminə təzə gəlmiş siyasətçi adlandırıb
    Əroğan Makronu siyasət aləminə təzə gəlmiş siyasətçi adlandırıb

Türkiyə prezidenti dünən öz fransız həmkarı Emmanuel Makronu siyasət aləminə təzə gəlmiş siyasətçi adlandırıb və ona öz ölkəsinin tarixini mütaliə etməyi tövsiyə edib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Haber telekanalı ilə müsahibədə həmçinin deyib: Makrona dedim ki; sən siyasət aləminə təzə gəlmiş bir siyasətçisən. Əvvəl öz ölkənin tarixini öyrən. Makron! Bizim tarixdə soyqırım yoxdur. Ərdoğan Fransa prezidentindən istəyib ki, soyqırım ifadəsindən ehtiyatla istifadə etsin. 

Emmanuel Makron cari ayın əvvəllərində demişdi ki, nəzərəçarpacaq sayda erməninin yaşadığı Fransa 24 apreli "erməni soyqırımının anım günü" adlandıracaq. Ankara soyqırım kəlməsinin işlədilməsilə müxalifdir və bu qənaətdədir ki, baş vermiş hadisə, qıtlıq və vətəndaş müharibəsi çərçivəsində ikitərəfli qırğın olub və bu zaman hər iki tərəfdən yüz minlərlə nəfər öldürülübdür.

Ankara dərhal Makronun sözlərini pisləyib. Makronun çıxışından sonra Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy Fransa prezidentini belə bir qərara gəlməklə Fransada yaşayan ermənilərin səslərini cəlb etmək fikrində olmaqda ittiham edib.