Mart 01, 2019 18:14 Asia/Baku
  • Türkiyə bir daha Gülənin ekstradisiyasını vurğulayıb

Türkiyənin ədliyyə naziri bir daha Amerikadan Fəthullah Gülənin ekstradisiya edilməsini istəyib.

Türkiyənin ədliyyə naziri Əbdulhəmid Gül Amerikanı baş prokuroru Uilyam Bara ünvanladığı məktubda Fəthullah Gülənin Amerikadan Türkiyəyə ekstradisiya edilməsini istəyib. O, eyni zamanda bildirib ki, Gülən qrupunun digər üzvlərinin ekstradisiyası Türkiyə üçün son dərəcə önəmlidir.

Türkiyə dövlətinə qarşı 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişindən bəri bu ölkədə Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə on minlərlə nəfər həbs olunub, təqribən 120 min nəfər də dövlət işlərindən çıxarılıbdır.

Türkiyə dövləti bu qənaətdədir ki, Fəthullah Gülən və onun tərəfdarları bir qrup yaratmaq, həmçinin məhkəmə, hərbi və təhsil orqanlarına, eləcə də digər dövlət idarələrinə sızmaqla Türkiyə dövlətinə qarşı 2016-cı il 15 iyul uğursuz hərbi çevrilişini təşkil ediblər, amma Gülən bu ittihamları dəfərlərlə rədd edibdir.