Mart 02, 2019 20:49 Asia/Baku
  • İran və Türkiyə ticarət əlaqələrini genişləndirməkdə əzmkardırlar
    İran və Türkiyə ticarət əlaqələrini genişləndirməkdə əzmkardırlar

Türkiyənin şərqində, Ərzrum şəhərində İran və Türkiyənin ticarət heyətləri arasında baş tutan görüşdə iki ölkənin ticarət əlaqələrinin genişləndirilməsindəki əzmkarlığına təkid edildi.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, "Ticarət əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlıqların genişləndirilməsi" adlı iclas cümə günü İran İslam Respublikasının Ərzrumdakı konsulluğunun və Türkiyənin Ticarət Palatasının təşəbbüsü  ilə keçirilib.

İran İslam Respublikasının Ərzrumdakı baş konsulu Səccad Sultanzadə bu iclasda dedi: İran və Türkiyə arasındakı ticarət əlaqələri xüsusilə sərhəd şəhərləri arasında genişlənməkdədir.

Ərzrum Ticarət Palatasının sədri Hakan Ural da Türkiyənin İrana qarşı ABŞ tərəfindən tətbiq edilmiş qanunsuz sanksiyalar ilə heç bir vəchlə barışmayacağını deyib.

Teqlər