Mart 03, 2019 12:43 Asia/Baku
  • Türkiyə ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının ləğvini istəyib
    Türkiyə ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının ləğvini istəyib

Türkiyənin xarici işlər naziri Ankaranın ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının ləğvi istiqamətindəki səylərini vurğulayıb.

Mövlud Çavuşoğlu dünən Bursa şəhərində keçirilən "Xarici siyasət perspektivinin ixracat hədəflərinə təsiri" adlı konfransda deyib: Türkiyə Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının ləğvi istiqamətində əlindən gələni edəcək.

Türkiyənin xarici işlər naziri həmçinin deyib: Avropa Birliyi amerikalı rəsmilərin İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq etmək barədəki qərarlarının yanlış olması barədə Türkiyə ilə eyni fikrə malikdir və bu sanksiyaların aradan qaldırılması üçün maksimum səylər göstərilməlidir.

Çavuşoğlu çıxışının digər bir hissəsində Türkiyənin İraqın bərpasında iştiraka əzmkar olduğunu vurğulayıb. O, deyib: Ankara Küveyt konfransında İraqın bərpası üçün beş milyard dollarlıq kredit barədə öhdəlik götürüb və həmin ölkədə sərmayə yatıracaq türkiyəli şirkətlər bu kreditdən bəhrələnəcəklər.

Teqlər