Mart 08, 2019 16:33 Asia/Baku
  • Türkiyə Amerikanı tənqid edib

Türkiyənin xarici işlər naziri deyib ki, Amerika onun ölkəsinin ehtiyaclarının təmini məsələsinə müdaxilə edə bilməz.

Mövlud Çavuşoğlu Vaşinqtonun Türkiyənin Rusiyadan "S-400" raket sistemi almasından narazı olmasına toxunaraq, deyib: Ankara öz ehtiyaclarını istədiyi yerdən təmin edir və bir kəsin bu məsələyə qarışmaq haqqı yoxdur.

Amerika Türkiyəyə xəbərdarlıq edibdir ki, Rusiyadan S-400 sistemini alacağı təqdirdə Vaşinqtonun sanksiyaları ilə üzləşəcəkdir.