Mart 15, 2019 13:21 Asia/Baku
  • Türkiyədə səkkiz nəfərə ömürlük həbs kəsilib

Türkiyədə bir məhkəmə 2016-cı ildə bu ölkənin cənub-şərqindəki qanlı bir intihar hücumunda iştirak səbəbindən səkkiz nəfəri ömürlük həbsə məhkum edib.

Bu səkkiz nəfər Türkiyə konstitusiyasını pozmaq və qırğın törətmək günahları ilə həmin məhkəmə tərəfindən təqsirli bilinibdir.

2016-cı ilin avqustunda bu ölkənin cənub-şərqindəki Qazientep şəhərində keçirilən bir toy mərasiminə qarşı qanlı kamikadze hücumunda 24-ü uşaq olmaqla 57 nəfər öldürülmüşdü.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İŞİD terror qrupunu bu kamikadze hücumunda müqəssir bilmişdi.

Həmin hücum 2016-cı ildə ən ölümcül hücum hesab edilmişdi.