Mart 18, 2019 09:46 Asia/Baku
  • Ərdoğan Qərb medialarını tənqid edib
    Ərdoğan Qərb medialarını tənqid edib

Türkiyə prezidenti Yeni Zelandiya terror hadisəsi amilini terrorçu adlandırmaqdan çəkindiklərinə görə, Qərb medialarını tənqid edib.

Rəcəb Tayyıp Ərdoğan İzmir şəhərində Qərbin İslama və müsəlmanlara qarşı düşmənçiliyinə işarə edib və Qərb dövlətlərindən Yeni Zelandiya terror hadisəsinə bənzər faciələrin baş verməsinin qarşısını almaq üçün lazımi ölçülər götürmələrini istəyib.

Yeni Zelandiyanın Kraysçörç şəhərindəki iki məscidə qarşı terror hücumunun amili olan Brenton Tarrant Tükiyə xalqını İstanbul məscidlərini hədəfə alacağı ilə hədələyibdir.

Son statistikalara görə, Yeni Zelandiyanın Kraysçörç şəhərində yerləşən “Əlnur” və “Linvood” məscidlərinə qarşı terror hücumlarında azı 52 namazqılan namaz qılarkən öldürülüb, onlarla nəfər də yaralanıbdır.

İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı- İSESKO da bundan öncə bildirmişdi ki, Yeni Zelandiya məscidlərindəki qətli-am bəşəriyyətə qarşı cinayət və islamofobiya ifadələrinin nəticəsidir.