Mart 20, 2019 09:47 Asia/Baku
  • Avstraliya Türkiyə səfirini çağırtdırıb

Avstraliyanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın Yeni Zelandiya terror hücumu barədəki son sözlərinə etiraz olaraq, yerli vaxtla bu gün səhər Türkiyənin Kanberradakı səfirini çağırtdırıb.

Skott Morrison bu çağırışda bildirib ki, Ərdoğanın sözləri köməkedici deyil və belə hesab edir ki, o, təhqir olunubdur.

Ərdoğan son zamanlar qeyd etmişdi ki, Yeni Zelandiya terror hücumu Türkiyəyə və İslama qarşı daha böyük hücumun bir hissəsidir.

Türkiyə prezidenti həmçinin vurğulamışdı ki, Yeni Zelandiya cinayəti amilinin İŞİD terrorçularından heç bir fərqi yoxdur.