Mart 22, 2019 20:43 Asia/Baku
  • İƏT-in növbədənkənar iclasının yekun bəyanatı

İslam Əməkdaşlığı Təşkilatının Yeni Zelandiyadakı iki məscidə qarşı son terror hadisəsinin yönlərinin araşdırılması məqsədilə İstanbulda keçirilən növbədənkənar iclası işini başa vurub.

İslam Əməkdaşlığı Təşkilatının icra komitəsinin xarici işlər nazirləri səviyyəsində bu gün səhər İstanbulda başlanmış bu növbədənkənar iclası islamofobiya ilə beynəlxalq mübarizə mehvərli 20 maddəlik bəyanat yayaraq, başa çatıb.

İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclasının yekun bəyanatında deyilir: Bu təşkilat adi müsəlmanları müqəssir bilib, onları ifratçılıq və terror hərəkətlərilə əlaqəli bilən rəftarı qəbul etmir.

Bu bəyanatda terror hücumlarını pislədiyinə görə Yeni Zelandiyanın hökumətinə, həmçinin müsəlmanlar qarşısındakı müsbət mövqeyinə görə bu ölkənin baş nazirinə təşəkkür edilərək, həmin ölkə ictimaiyyətinin müsəlmanların kədəri ilə bölüşməsi yüksək dəyərləndirilibdir.

İslam Əməkdaşlığı Təşkilatının bu bəyanatı düşmənlərin fitnələri qarşısında Yeni Zelandiya hökumətinə dəstək verərək, müsəlman icmasına, dini azlıqlara və mühacirlərə malik olan ölkələri ifratçı siyasətlərdən çəkinməyə çağırıb.

Bəyanatda BMT-nin insan haqları üzrə ali komissarlığı və Avropa Birliyi Şurası düşmənçilik, din ilə mübarizə və zorakılıq halları barədə hesabatın hazırlanması və gözətçilik istiqamətində bir mərkəzin təşkilinə çağırılıb.

Bəyanatda BMT-dən və digər beynəlxalq orqanlardan istənilib ki, martın 15-ni, islamofobiya ilə mübarizə üzrə ümumdünya həmrəylik günü adlandırsınlar.

 

 

Teqlər