Apr 02, 2019 10:25 Asia/Baku
  • Hakim Ədalət və İnkişaf Partiyası müxalifətin İstanbul seçkilərində qələbə çalmasına reaksiya verdi
    Hakim Ədalət və İnkişaf Partiyası müxalifətin İstanbul seçkilərində qələbə çalmasına reaksiya verdi

Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun İstanbul seçkilərində qələbə çalması hakim Ədalət və İnkişaf Partiyasının reaksiyasına səbəb olub.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Türkiyənin Ali Seçki Şurası bazar ertəsi günü İstanbul üzrə seçkilərin nəticəsini açıqlayaraq, CHP-nin namizədi Əkrəm İmamoğlunun 23836 səs fərqi ilə qələbə çaldığını və İstanbul valisi seçildiyini elan etdi. 

Fars xəbər agentliyinin məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının katibi Fateh Şahin də Ankarada jurnalistlər qarşısında verdiyi açıqlamada Əkrəm İmamoğlunun qələbəsinin qəti olduğunu deyərək, seçkilərin gedişiində və səslərin sayılması prosesində yol verilən qanun pozuntularının CHP-nin İstanbul və Ankara seçkilərində qələbə çalmasına səbəb olduğunu söylədi. 

F.Şahin həmçinin dedi: Ədalət və İnkişaf Partiyası İstanbul və Ankara üzrə seçkilərin nəticəsi ilə bağlı qanuni instansiyalara müraciət edəcək. 

CHP-nin namizədi Əkrəm İmamoğlu ilsə seçkilərdə qələbə çalmasının qətiləşməsindən sonra hakim Ədalət və İnkişaf Partiyasının ləğv edilmiş səs bülletenlərindən seçkilərin nəticəsini dəyişmək üçün sui-istifadə etmək niyyətində olduğunu dedi. Onun bildirdiyinə görə, ləğv edilmiş səs bülletenlərinin sayı 290 mindir. Halbuki, 2014-cü ildə ləğv edilmiş bülletenlərin sayı 400 min olmuşdu. Amma, o zaman hakim Ədalət və İnkişaf Partiyası bu məsələyə etiraz etməmişdi. 

CHP-nin İstanbul şəhəri üzrə seçkilərdə qələbə çalmış namizədi sonda dedi: Türkiyə hökumətinin seçkilərin nəticəsini qəbul etməklə demokratiyaya sadiq olduğunu sübut etməlidir. 

Türkiyənin Ali Seçki Təşkilatının sədri Sədi Güvən də bazar ertəsi günü seçkilərin nəticəsinin açıqlanmasından öncə bildirmişdi ki, İmamoğlu 4 milyon 159 min 650 səs toplayaraq, rəqibi Binəli Yıldırımdan önə keçməyi bacarıb. Hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şəhəri üzrə namizədi Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs ilə rəqabəti CHP-li rəqibinə uduzub. 

Türkiyədə bələdiyyə seçkiləri dünən bazar günü keçirildi. Seçkilərdə 13 partiyanın namizədləri 81 vilayət üzrə rəqabət aparmışdı. 

Hakim Ədalət və İnkişaf Partiyası çoxluq baxımından rəqiblərindən öndə olsa da, İstanbul, Ankara və İzmir kimi önəmli şəhərlərdə seçkiləri uduzub. 

Teqlər