Apr 11, 2019 20:33 Asia/Baku
  • Türkiyənin Van vilayətində fövqəladə durum elan olunub
    Türkiyənin Van vilayətində fövqəladə durum elan olunub

Türkiyə ali seçki şurası tərəfindən Xalqların Demokratik Partiyasının seçilmiş dörd bələdiyyə başçısına rəsmi icazənin verilməməsinin ardınca Van valiliyi bu vilayətin hər yerində fövqəladə durum elan edib.

Bu hökmdə həmin vilayətin yerli seçkilərinin nəticələrinə etirazların araşdırılması prosesinin uzanmasına işarə olunaraq, deyilir: Seçkilərin qalibi olmuş bəzi könüllülər bələdiyyə başçısının rəsmi lisenziyasını almadıqlarına görə, əhali arasında gərginlik yaratmaq niyyətindədirlər.

Teqlər