Apr 22, 2019 21:40 Asia/Baku
  • İran və Türkiyə- iki müstəqil regional qüdrət
    İran və Türkiyə- iki müstəqil regional qüdrət

İran İslam Respublikasının Ankaradakı səfiri deyib ki, İran və Türkiyə regionda iki müstəqil güc kimi ortaq düşmənlərə malikdirlər.

Mohəmməd Fərazmənd Türkiyənin Akit telekanalı ilə müsahibədə əlavə edib: İran və Türkiyə xalqları tarixi və mədəni baxımdan regionda bir-birinə ən yaxın xalqlardırlar və iki ölkə ötən qırx ildə ən yaxşı şərait və əlaqələrə malik olubdur.

İranın Türkiyədəki səfiri söyləyib: İki ölkə rəsmiləri daim əlaqələrin yaxşılaşdırılması və gücləndirilməsini istəyiblər və iki ölkə arasında yaxşı əlaqələr iki ölkə başçılarının istəyi olaraq, İran və Türkiyə xalqları tərəfindən himayə olunur.

Fərazmənd həmçinin Amerikanın İrana qarşı sanksiyaları və Sepah-ı terrorçu adlandırması ilə müxalifət etməsinə görə Türkiyəyə təşəkkür edərək, vurğulayıb ki, regional problemlər İran-Türkiyə dostluq əlaqələri ilə həllolunasıdır.

Teqlər