Apr 24, 2019 09:11 Asia/Baku
  • ABŞ-ın sanksiyaları region üçün böyük bir xətərdir
    ABŞ-ın sanksiyaları region üçün böyük bir xətərdir

Türkiyənin xarici işlər naziri Amerikanın bəzi ölkələrin İrandan neft almaları ilə bağlı güzəştləri uzatmamaq barədəki son qərarını qınayıb. Mövlud Çavuşoğlu deyib: Amerikanın bu qərarı ölkələrin daxili işlərinə qarışmaq sayılır və qanunsuz bir hərəkətdir.

Ankarada tacik həmkarı ilə birgə mətbuat konfransında iştirak edən Çavuşoğlu əlavə edib: Amerika qərara almışdı, bəzi ölkələri İrana qarşı neft sanksiyasından istisna etsin ki, bu ölkələr İran neftini idxal edə bilsinlər. Türkiyə Respublikası Amerikanın birtərəfli qərarları ilə müxalifdir. Türkiyə özünə lazım olan nefti təmin etmək üçün regionda çəinliklərlə üzləşir.

Çavuşoğlu söyləyib: Hazırda Amerika bu sahədə birtərəfli qərar çıxarıb. Bu ölkə bu kimi qərarlarla daim enerji sahəsində ölkələrin təhlükəsizliklərini hədəfə alır. Bu qərarlar ölkələrin daxili işlərinə qarışmaq sayılır və əslində qanunsuz bir hərəkətdir. Zira bir baxış başqa ölkələrə qəbul etdirilməməlidir. Ölkələri özlərinə lazım olan enerjini yalnız bəzi xas ölkələrdən təmin etməyə vadar etmək olmaz. Bildiyiniz kimi, enerji satın almaq istədiyiniz ölkələrin enerjilərinin qiymətləri çox bahadır. Buna görə, biz Amerikanın Türkiyəni, nefti, bəzi konkret ölkələrdən satın almağa məcbur etmək, həmçinin “Türkiyənin nefti qeyri ölkələrdən idxal etmək istiqamətindəki qərarı ilə mübarizə üzrə səylər”lə müxalifik.

Türkiyənin xarici işlər naziri bu mətbuat kofransının davamında deyib: Ümumiyyətlə Amerikanın sanksiyadan güzəştləri uzatmamaq qərarı bütün beynəlxalq qayda-qanunları pozur. Amerika qəribə bir metodla sionist rejimə və bir neçə ölkəyə dəstək verir. Eyni zamanda, öz tələblərini digər ölkələrə icbar etmək ardıncadır və Türkiyə bütün bu məsələlərlə müxalifdir.