İyun 28, 2019 13:54 Asia/Baku
  • İstanbulun yeni meri işə başlayıb

Türkiyə Cumhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu çərşənbə günü bu ölkənin ali seçki şurasının hökmü ilə rəsmən İstanbul meri olub və bir daha özünün iri həcmli tərəfdarlarının arasına gedibdir.

Əkrəm İmamoğlu İstanbul meri hökmünü aldıqdan sonra bir daha özünün iri həcmli tərəfdarlarının arasına gedibdir. O, iki ardıcıl seçkilərdəki qələbəni onun birinci dövrünə rəğmən, ölkəsində milli iradə və demokratiyanın qələbəsinin nişanəsi hesab edir. İmamoğlu deyir: Çalışacağıq ki, qardaşlıq, dostluq və ədaləti İstanbulda hakim kəsdirək.

Müsahibə(kişi): Söz verirəm ki, İstanbulda israfçılığa son qoyam və qənaətə başlayam. Ədalət, haqq və hüququ şəhərin 16 milyon əhalisi ilə bölüşəcəyik.

Bir neçə ay bundan öncəyədək az sayda adam Əkrəm İmamoğlunun adını tanıyırdı, amma indi o, bütün Türkiyədə tanınmış bir addır.

Müsahibə(kişi): İstanbulda yeni həyəcan və yeni proses başlanıbdır. İllər boyu gözlədiyimiz ümidverici bir şərait.

Müsahibə(kişi): Hər şey yaxşı olacaq. İmamoğlu xalqın səsini səs qutuları vasitəsi ilə əldə etdi. Və meydana girdi. O, beş ildən sonra bu ölkənin gələcək prezidenti olacaq.

Türkiyədə hakim partiya son yerli seçkilərdə bu ölkənin bir neçə iri şəhərlərinin, o cümlədən Ankaranın bələdiyyə başçısı vəzifələrini itirdi. İndi 25 il keçəndən sonra hakim partiyanın müxalifləri Türkiyənin iqtisadi qütbü və ən iri şəhəri olan İstanbulun bələdiyyəsinə nəzarəti ələ aldılar. Bu hadisə bu iri şəhərdən daha geniş miqyasda nəticəyə gətirib çıxara bilər.