İyul 01, 2019 17:26 Asia/Baku
  • Türkiyə Xəlifə Həftərin qüvvələrinə xəbərdarlıq edib
    Türkiyə Xəlifə Həftərin qüvvələrinə xəbərdarlıq edib

Türkiyənin vitse-prezidenti, Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qüvvələrə xəbərdarlıq edib və bu ölkədə oğurlanmış Türkiyə vətəndaşlarının tez bir zamanda azadlığa buraxılmalarını istəyib.

Fuad Oktay bu gün Liviyada Xəlifə Həftərin tabeliyində olan qüvvələr tərəfindən Türkiyə vətəndaşlarının oğurlanmaları ilə bağlı bir bəyanat yayıb. O, bildirib: Əgər onlar tez bir zamanda azad edilməzlərsə, bu işi görən kəslər hədəf hesab olunacaqlar və onun nəticəsi ağır olacaqdır.

Türkiyə Xarici İşlər Nazirliyi dünən gecə bildirib ki, Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qüvvələr Liviyada altı Türkiyə vətəndaşını girov götürüblər.

Bu qüvvələr həmçinin Liviyada Türkiyə ordusunun bir pilotsuzunu vurublar.

Liviya milli ordusu adlı qüvvələrin sözçüsü Əhməd Əlmismari Liviyadakı bütün Türkiyə vətəndaşlarının həbs edilmələri barədə göstəriş veribdir.

O, əlavə edib: Liviya sularında Türkiyə gəmilərinin hədəfə alınmaları barədə də göstəriş verilibdir.

İllər boyu ərəbistan, misir və əmirliklərin dəstəyi ilə Liviyanın şərqinə hökmranlıq etmiş Liviya milli ordusu adlı qrup son bir neçə ay ərzində bu ölkənin şimalına doğru irəliləyibdir.

Partiya və qruplar arasındakı ixtilaflar nəticəsində dörd il bundan öncədən Liviya iki parlamentə-şərqdə Tubruq parlamenti, paytaxtda isə Tripoli parlamentinə və iki orduya malikdir.

Tubruq parlamenti Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qüvvələr tərəfindən himayə olunur. Tripoli parlamenti isə dünya ictimaiyyəti tərəfindən himayə olunan və Tripoli şəhərində yerləşən Faiz Səracın milli birlik hökuməti tərəfindən dəstəklənir.