İyul 03, 2019 07:05 Asia/Baku
  • Çin və Türkiyə prezidentləri terrorizmlə mübarizə vacibliyini vurğulayıblar
    Çin və Türkiyə prezidentləri terrorizmlə mübarizə vacibliyini vurğulayıblar

Çin və Türkiyə prezidentləri Pekində görüşüblər. Tərəflər terrorizmlə ciddi mübarizənin vacibliyini vurğulayıblar.

Si Tsinpin və Rəcəb Tayyıp Ərdoğan dünən keçirdikləri görüşdə terrorizmlə mübarizə sahəsində Çin ilə Türkiyə arasındakı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Çin prezidenti Si Tsinpin bu görüşdə Türkiyəni yeni ipək yolu üzrə əməkdaşlıqda strateji yerə malik olan mühüm şərik adlandırıb. Deyib ki, tərəflər bir-birilərinin suverenliyinə hörmət etməli, ortaq maraqları nəzərə almalıdırlar.

Si Tsinpin həmçinin müxtəlif iqtisadi və siyasi sahələrdə Türkiyə ilə münasibətlərin genişləndirilməsini vurğulayıb.

Türkiyə prezidenti də bu görüşdə ticarət daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsini vurğulayıb. Bildirib ki, Ankara "Vahid Çin" prinsipinə sadiqdir.