İyul 15, 2019 07:39 Asia/Baku
  • S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir
    S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Rəcəb Tayyıp Ərdoğan deyib: S-400 raket sisteminin satın alınması haqda müqavilə Türkiyənin müasir tarixində ən mühüm hadisədir. Biz gələcəkdə Rusiyanın həmkarlığı ilə S-400 raket sisteminin gələcək variantını düzəldərik.

Türkiyə prezidenti əlavə edib: NATO sakit olmalıdır, zira biz NATO-nun müdafiəsi sahəsində mühüm bir dayaqıq və bu raket sistemi NATO-nun gələcək qüdrətini gücləndirəcək. Əgər biz F-35 qırıcılarının düzəldilməsi layihəsindən kənara qoyularıqsa, bu qırıcıların hər birinin qiyməti təqribən səkkiz milyon dollar artacaqdır.

O, əlavə edib:  Bəziləri çalışırlar ki, Aralıq dənizinin şərqində ayaq yeri tapsınlar və biz tamamilə hissolunacaq tərzdə ona mane olacağıq.