İyul 16, 2019 17:31 Asia/Baku
  • Türkiyədə hərbi çevrilişin ildönümü
    Türkiyədə hərbi çevrilişin ildönümü

Üç il bundan öncə Türkiyədə bir hərbi çevriliş baş verdi, amma Türkiyənin müasir tarixindəki qabaqkı çevrilişlərin əksinə olaraq, qələbəyə nail olmadı və qüdrətin hərbçilərə ötürülməsilə nəticələnmədi.

Rəcəb Tayyıp Ərdoğan deyir: Öz ruhlarını şeytana satmış kəslər Türkiyəyə yiyələnməyəcəklər.

Cənab Ərdoğan bu sözlərlə üç il bundan öncəki çevrilişə işarə edir.

Plato: Türkiyə prezidenti İstanbul hava limanında on minlərlə nəfərin qarşısında çıxış edir. O, çevrilişin baş verməsindən sonra buraya daxil olubdur.

Ərdoğan çevriliş gecəsində və İstanbul hava limanına daxil olmazdan öncə bir telefon müraciətində xalqı küçələrə çıxaraq, çevrilişçilər qarşısında müqavimətə çağırır. Bu çevriliş on iki saatdan az bir zamanda əməliyyat komandanlarının əksər hissəsinin həbs olunması ilə nakam qaldı.

Türkiyə hökuməti “FETO” adlı təşkilatı bu çevrilişin amili kimi təqdim edibdir. Bu qrupun lideri Fəthullah Gülən illərdir, Amerikanın Pensilvaniya ştatında yaşayır və Vaşinqton Ankaranın onun ekstradisiya edilməsi üzrə xahişini yerinə yetirməkdən boyun qaçırıbdır.

Müsahibə(kişi): Amerika Fəthullah Gülənə dəstək verərək, Türkiyənin qarşısında dayanıbdır və bu məsələ bizim ölkəmizin daha artıq müstəqil olmasına səbəb olubdur.

Türkiyə prezidenti uğursuz 2016-cı il çevrilişinin üçüncü ildönümündəki çıxışında deyib:

Müsahibə(kişi): Biz istiqlaliyyətimiz və istiqbalımızı müdafiə etdik və müxtəlif problemlərlə mübarizə uğrundakı səylərimizi davam etdirəcəyik.

Rəcəb Tayyıp Ərdoğan S-400 raket müdafiə sisteminin ilk detallarının Türkiyəyə daxil olmasını “onun yerləşdirilməsi icazəsinə malik olmayacaqsınız” deyən kəslərə cavab adlandırıb.