İyul 16, 2019 19:01 Asia/Baku
  • Türkiyə hava qüvvələrinin işçilərindən onlarla nəfər həbs olunub
    Türkiyə hava qüvvələrinin işçilərindən onlarla nəfər həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkənin hava qüvvələrinin işçilərindən onlarla nəfəri həbs ediblər.

Türkiyənin məhkəmə aparatı bu gün Ankara prokurorluğunun bu ölkə ordusunun hava qüvvələrinin komandanlığında Gülən qrupunun tərəfdarları barədəki təhqiqatı çərçivəsində hava qüvvələrinin zabitlərindən 48 nəfərin həbsi barədə hökm çıxarıbdır.

Bu şəxslərdən 35 nəfər bu gün səhər eyni vaxtda Türkiyənin 17 vilayətində başlanmış əməliyyatda  həbs olunub. Digər on üç zabitin həbs olunması üzrə əməliyyat da davam edir.