Avq 07, 2019 13:53 Asia/Baku
  • Ərdoğan: Türkiyə NATO-ya olan öhdəliyini azaltmayacaq
    Ərdoğan: Türkiyə NATO-ya olan öhdəliyini azaltmayacaq

Türkiyə prezidenti dünən deyib: Səhv bir hərəkət olardı ki, Ankara Rusiya ilə yeni razılaşmalarla NATO-ya olan öhdəliyini azaltmış olsun.

Rəcəb Tayyıp Ərdoğan İstanbuldakı bir hava limanında keçirilən çevrilişin üçüncü ildönümü mərasimində deyib: Mən əminəm ki, Amerika prezidenti Donald Tramp iki NATO müttəfiqi arasındakı münasibətlərin S-400 raket müdafiə sisteminin satın alınması mövzusu ilə bağlı soyuq qalmaqda davam etməsinə icazə verməyəcək.

Ərdoğan əlavə edib: S-400 müdafiə sisteminin NATO-nun F-35 qırıcılarının proqramına zərər vura bilməsinə dair heç bir mötəbər dəlil və sənəd yoxdur.

O, əlavə edib: Türkiyədən başqa, NATO-nun bir çox digər üzvü də Rusiyadan hərbi silah satın alıbdır, amma biz heç vaxt bu razılaşmalara təhdid və böhran nöqteyi-nəzərindən baxmamışıq.

Ərdoğan deyib: Türkiyə öz təhlükəsizliyi üçün ticari qərar çıxarıb və Türkiyəni bu işi görməyə sövq etdirən məsələ, müttəfiqlərinin qaranlıq mövqeləri olub.