Avq 08, 2019 20:32 Asia/Baku
  • Amerika Suriyada birgə əməliyyat mərkəzinin təsisi barədə Türkiyə ilə razılaşıb
    Amerika Suriyada birgə əməliyyat mərkəzinin təsisi barədə Türkiyə ilə razılaşıb

Türkiyə prezidenti Suriyada birgə əməliyyat mərkəzinin təsisi barədə Amerika ilə razılaşmasından xəbər verib.

Rəcəb Tayyıp Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Türkiyə və Amerika heyətləri Suriyanın şimalında "əmin-aman məntəqə" adlı məntəqənin təşkili və tərəflər arasında koordinasiya məqsədilə birgə əməliyyat mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Amerikanın Ankaradakı səfirliyi bir bəyanat yayaraq, vurğulayıb ki, bu iki heyət Suriyanın şimalında "əmin-aman məntəqə"nin yaradılması üzrə müzakirələrdə ixtilaflı mövzular barədə razılıq əldə edibdir.

Belə bir halda, Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-Türkiyə razılaşmasına reaksiyada vurğulayıb: Bu razılaşma Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə təcavüz, həmçinin BMT nizamnaməsinin və beynəlxalq qanunların əsas və prinsiplərinin aşkar surətdə pozulması deməkdir.