S 400 üstündə ABŞ ilə Türkiyə arasındakı gərginlik davam edir
Avq 29, 2019 19:04 Asia/Baku
Vaşinqton ilə Ankara arasındakı gərginliklərin davamında Amerikanın müdafiə naziri bir daha ümidvarlıq edibdir ki, Türkiyə Rusiyadan S 400 sisteminin satın alınmasını kənara qoyacaq.
Mark Esper deyib: Türkiyə NATO-ya üzv olduğu üçün S 400 raket müdafiə sisteminin satın alınması proqramını kənara qoymalıdır.
Rusiyanın S 400 sisteminin ilk partiyasının cari ilin iyul ayında Türkiyəyə daxil olmasından sonra Vaşinqton Ankaranı F-35 qırıcılarının düzəldilməsi proqramından çıxardı və ötən həftə də Türkiyəyə Patriot raket sistemlərinin satışı təklifini ləğv etdi.