Sen 06, 2019 07:45 Asia/Baku
  • Ərdoğan avropalıları hədələdi

Türkiyə prezidenti Avropa ölkələrinin başçılarını hədələyərək bildirib ki, Ankara məcbur olarsa, suriyalı mühacirlərin Avropaya tərəf giriş qapısını açacaq.

Rəcəb Tayyıb Ərdoğan dünən bir çıxışda əlavə edib ki, Türkiyə hökuməti Suriyanın şimalında, Fərat çayının şimal-şərqində təhlükəsiz məntəqə yaratmaq əzmindədir, əks halda, öz qapılarını suriyalı mühacirlərin çıxışı üçün açacaq. Zira daha miqrantların xərclərinin ağır yükünü təklikdə çiynində daşıya bilməz.

Rəcəb Tayyıb Ərdoğan çərşənbə axşamı günü də Çexiya Respublikasının baş naziri Andrey Babiş ilə görüşdən sonra Ankarada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Avropa Birliyi suriyalı miqrantlar barədə Türkiyəyə çoxlu sayda vədlər verib, amma əməl etməyibdir.

Rəsmi Ankara Türkiyədəki suriyalı mühacirlərin sayını dörd milyon nəfər elan edibdir.