Okt 15, 2019 09:11 Asia/Baku
  • ABŞ Tükiyənin 2 nazirliyi və 3 nazirini sanksiya edib

Amerikanın vitse-prezidenti dünən gecə Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə görə, bu ölkənin 2 nazirliyi və 3 nazirinin sanksiya edilməsindən xəbər verib.

Mayk Pens Ağ Ev-in milli təhlükəsizlik müşaviri Robert Çarlz O-Brayen və Amerikanın maliyyə naziri Stiven Mnuçinin qarşısında iddia edib ki, bu sanksiyalar Suriyanın şimalındakı əməliyyatlarını dayandırması üçün Türkiyəyə təzyiq göstərmək istiqamətində tətbiq olunubdur.

Stiven Mnuçin də bildiribdir ki, Amerika Türkiyənin müdafiə və energetika nazirlikləri, həmçinin bu ölkənin daxili işlər naziri Süleyman Soylu, müdafiə naziri Hulusi Akar və energetika naziri Fatih Dönmezi sanksiya edibdir. O, vurğulayıb: Türkiyə tez bir zamanda Suriyanın şimalındakı hərbi əməliyyatını dayandırmalıdır.

Teqlər