Okt 17, 2019 13:19 Asia/Baku
  • ABŞ prezidentindən Ərdoğana qeyri-adi məktub
    ABŞ prezidentindən Ərdoğana qeyri-adi məktub

ABŞ prezidenti Türkiyə prezidentinə göndərdiyi məktubda hörmətsiz bir şəkildə və diplomatik prinsiplərə zidd bir şəkildə onu "axmaq" olmamağa çağırıb.

Foks-Nyus-un məlumatına görə, Donald Tramp Rəcəb Tayyıb Ərdoğana yazıbdır ki, axmaq olmamalı və Suriyada qırğın törətməməlidir, zira əks halda, Amerika Türkiyənin iqtisadiyyatını məhv edər.

Məktubda 9 oktyabr tarixi, yəni Türkiyə ordusunun Suriyanın şimalına qarşı hücumunun ilk günü nəzərə çarpır.

Trampın məktbunun bir hissəsində deyilir: Mən sizin bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə.

Türkiyə rəsmiləri hələ bu məktubun mətninin yayılmasına reaksiya verməyiblər, amma belə görünür ki, bu məktub Trampa qarşı tənqidləri azaltmaq məqsədilə Ağ Ev tərəfindən yayılıbdır.

ABŞ qüvvələrinin Suriyadan çıxmalarının elan edilməsi, Tramp və Ərdoğanın telefon əlaqəsi və sonra Türkiyə ordusunun Suriyanın şimalına hücumu bu hücum üçün Trampın Ərdoğana yaşıl işığı kimi qiymətləndirilir.

 

 

 

Teqlər