Okt 18, 2019 12:31 Asia/Baku
  • Ərdoğan Trampın hərəkətini yüksək qiymətləndirib
    Ərdoğan Trampın hərəkətini yüksək qiymətləndirib

Qeyri-adi mesajların qarşılıqlı şəkildə ötürülməsindən bir gün sonra Türkiyə prezidenti ABŞ prezidentinə xitab edərək, onun səylərinə görə təşəkkür edib.

Rəcəb Tayyıb Ərdoğan tvitterdə Amerika prezidenti Donald Trampa xitabən yazıb: Cənab prezident, biz bəşəriyyətin ən böyük düşməni olan terrorizmi məğlub edərkən daha çox insanın həyatı xilas olacaqdır. O, əlavə edib: Əminəm ki, bu birgə səy bölgədə sülh və sabitliyi gücləndirəcəkdir.

Belə bir halda, ABŞ-ın vitse-prezidentinin Ankaraya səfərindən bir gün öncə Tramp Türkiyə prezidenti Ərdoğana məktubda ona qeyri-adi şəkildə müraciət edərək, belə yazmışdı: Cənab prezident, icazə verin, yaxşı bir razışlaşma yaradaq. Əgər bu məsələ baş verməzsə, o zaman sizə bir şeytan kimi baxılacaqdır. Dikbaş bir şəxs olmayın! Axmaq olmayın! Mən sonradan sizinlə əlaqə saxlayacağam.

Türkiyə prezident ofisinin mənbələri də deyiblər ki, Ərdoğan məktub aldı və onu rədd edərək, zibil qabına atdı.