Okt 19, 2019 08:54 Asia/Baku
  • Ərdoğan və Tramp telefonda Suriya barədə danışıblar

Türkiyə prezidenti Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması haqda Amerika prezidenti ilə telefon söhbəti edib.

Rəcəb Tayyıb Ərdoğan dünən Donald Trampla telefon danışığında bölgədə təhlükəsizlik, sabitlik və sülhün bərqərarı üçün birgə səylərin davamına ümid bəslədiyini bildirib.

Bundan öncə Amerikanın müdafiə naziri Mark Esper demişdi ki, bu ölkə Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması sahəsində iştirak etməyəcək və amerikalı hərbçilərin Suriyanın şimal-şərqindən çıxmaları davam edəcək.

Türkiyə ordusunun Suriyanın şimal-şərqindəki əməliyyatı cari il oktyabrın doqquzundan Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın əmri və terrorizm və kürd yarımhərbçilərlə mübarizə bəhanəsilə başlandı.

Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatı beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşibdir.

Türkiyə Tramp hökumətinin təzyiqlərindən və beynəlxalq təzyiqlərdən sonra Suriyanın şimal-şərqindəki hərbi əməliyyatını 120 saat müddətinə dayandırıbdır.

Amerika və Türkiyənin Suriyanın şimal-şərqi barədə razılaşması Dəməşqdə yerləşən Suriyanın mərkəzi hökuməti tərəfindən təsdiq olunmur və Suriya prezidenti Bəşşar Əsəd dünən bu ölkəyə təcavüz edənlərlə mübarizəyə təkid edibdir.

 

Teqlər