Okt 22, 2019 09:17 Asia/Baku
  • Tükiyə bir daha Suriyanın şimalında atəşkəsi pozub
    Tükiyə bir daha Suriyanın şimalında atəşkəsi pozub

İnformasiya mənbələri dünən gecə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən Rəəsuləyn-in ətrafındakı “Xərbə Əlşəir” kəndinə qarşı mərmi hücumundan xəbər veriblər.

Suriyanın Ələxbariyyə telekanalı bildirib ki, Türkiyə ordusu “Xərbə Əlşəir” kəndinə tərəf bir neçə mərmi atıb.

Türkiyə ordusu son günlər Suriyanın şimalında bir neçə dəfə atəşkəsi pozubdur.

Türkiyə ordusunun Suriyanın şimalına hücumu, "terrorizmlə mübarizə" və "Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı kürd yarımhərbçilərin iştirakından təmizlənməsi" bəhanəsi ilə çərşənbə günü, oktyabrın 9-da, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın əmri ilə başlandı.
Bu hücum cümə axşamı günü Türkiyə ilə ABŞ arasında Suriyanın şimalında beşgünlük atəşkəs barədə əldə olunan razılaşmadan sonra dayandırıldı.

Tramp hökuməti geniş daxili və beynəxalq tənqidlərdən sonra Suriyanın şimalında atəşkəsin bərqərarı haqda Ankara ilə razılaşmağa məcbur oldu.

 

 

Teqlər