Okt 23, 2019 20:29 Asia/Baku
  • EKOSAY assambleyasının 8-ci iclası başlanıb
    EKOSAY assambleyasının 8-ci iclası başlanıb

Türkiyənin İstanbul şəhərində EKO-ya üzv ölkələrin "EKOSAY" (ECOSAI) adlanan Ali Audit Qurumları Təşkilatının toplantısı başlanıb.

EKO-ya üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının toplantısı elə bir halda bu gün İstanbulda işə başlayıbdır ki, onun üzvləri təcrübə və təlim ötürməklə modern audit metodları üzv ölkələrin hökumət orqanlarının maliyyə əməliyyatlarında mübadilə etməyə çalışırlar.

EKOSAY-ın bu dövrünün iclasında Küveyt, Qətər, Belarus və Fələstin də müşahidəçi üzv kimi bu təşkilata qatılıblar.

Maliyyə və idarə korrupsiyası ilə mübarizə, şəffaflaşdırma və ümumi cavabdehlik əmsalının artırılması bu regional təşkilatın təlim hədəflərindəndir.

EKOSAY regional hökumət audit təşkilatlarından biridir. Bu təşkilat digər beynəlxalq audit təşkilatlarla yanaşı, hökumət auditinin yaxşılaşdırılması, cavabdehliyin gücləndirilməsi və hökumətin maliyyə fəaliyyətlərində şəffaflığın artırılmasına çalışır.