Noy 01, 2019 19:42 Asia/Baku
  • Türkiyədə su canlılarının 90% -dən çoxu mikroplastik maddələrlə çirklənib
    Türkiyədə su canlılarının 90% -dən çoxu mikroplastik maddələrlə çirklənib

Türkiyənin Greenpeace şirkətinin bu ölkədəki dənizlərin plastik kütlələrlə çirklənməsi ilə bağlı apardığı araşdırmanın nəticələri göstərir ki, həmin dənizlərdən ovlanmış balıqların 44 faizinin qarnında mikroplastik təsirlər müşahidə olunubdur ki, onların əksər hissəsi bir dəfə istehlak edilən plastik torbaların qalıqlarıdır.

Bir dəfə istifadə edilən plastik məhsullarla mübarizə proqramı çərçivəsində Qara dəniz, Aralıq dənizi, Egey və Mərmərə dənizlərində müxtəlif su canlıları növləri üzərində aparılan araşdırmalara görə, qırmızı krevetlərdə bu göstərici 18%, dəniz istirdiyəsində isə 91% olubdur. Araşdırmada 243 balıq, 32 krevet və 317 dəniz istirdiyəsi araşdırılıb.

Türkiyə hökuməti supermarketlərdə və digər mağazalarda birdəfəlik plastik məhsullardan həddindən artıq istifadə ilə mübarizə aparmaq məqsədilə bu ilin əvvəlindən etibarən, bütün dükanları plastik torbaları pullu etməyə məcbur edibdir.