Noy 09, 2019 13:18 Asia/Baku
  • Türkiyə avropalı İŞİD-çiləri öz ölkələrinə qaytarmaqla hədələyir
    Türkiyə avropalı İŞİD-çiləri öz ölkələrinə qaytarmaqla hədələyir

Türkiyənin daxili işlər naziri bəyan edib ki, Ankara gələn həftədən İŞİD ünsürlərinin bu ölkədə həbsdə olan əcnəbi üzvlərinin öz ölkələrinə deportasiya edilməsinə başlayacaq.

Daxili işlər naziri Süleyman Soylu noyabrın 8-də Ankarada deyib:

“İndi isə biz sizə deyirik ki, İŞİD üzvlərini özünüzə qaytarırıq. Biz bu işə bazar ertəsindən (noyabrın 11-dən) başlayacağıq”.

Bundan əvvəlki bəyanatlarında Soylu demişdi ki, hətta vətəndaşlığı ləğv edilmiş avropalı məhbuslar da repatriasiya ediləcək. Belə şəxslər hüquqi baxımdan dövlətsiz sayılır.