Noy 11, 2019 20:51 Asia/Baku
  • Türkiyə prezidenti Amerikaya digər bir səfərə hazırlaşır
    Türkiyə prezidenti Amerikaya digər bir səfərə hazırlaşır

Trampın bəzi təhqiramiz davranışları ilə yanaşı, son iki həftədə baş verən məsələlər Ərdoğanın Vaşinqtona səfər qərarını çətinləşdiribdir.

Türkiyə prezidenti Trampın dəvəti ilə Amerikaya növbəti bir səfərə hazırlaşır. Bu səfər Tramp-ın təhqiramiz məktubu və erməni məsələsinə cavab olaraq ləğv edilməli idi, amma belə zənn edilir ki, Ərdoğan özü ilə həmin təhqiramiz məktuba cavab aparır. Bu, Türkiyənin siyasi mühitinin qəbul edə biləcəyi yeganə əsaslandırmadır.

M.K- Amerikaya getməzdən öncə heç olmasa Trampın təhqiramiz məktubuna cavab verəydin! İndi məktubu Tramp-ın özünə təqdim etməyə məcbursan. 

Digər tərəfdən ev sahibi, qarşılama əvəzinə, özünü istintaq etməyə hazırlayıb. Görünür, son bir neçə ayda bu iki müttəfiq arasındakı ən vacib mübahisə, yəni Rusiyanın S-400 raket sisteminin Türkiyəyə daxil olması ilə bağlı mübahisə davam edəcək.

M.K: Əgər Türkiyə S 400-dən vaz keçməzsə, Amerikanın hər iki partiyasının dəstəyi ilə ABŞ konqresində bu ölkəyə qarşı sanksiyalar qəbul ediləcək. Biz Ərdoğana açıq şəkildə bildirdik ki, NATO üzvlərinin Rusiya silahını almalarına heç bir əsas yoxdur. Tramp bunu, Ərdoğanın Vaşinqtona gəlməsi ilə aydınlaşdıracaq.

Qeyd edək ki, ilk S 400 sisteminin Türkiyəyə köçürülməsi etapları başa çatıb və tezliklə bu sistem atışa hazır olacaqdır. Hətta daha çox raketin daxil olması üçün Türkiyə-Rusiya müzakirələri davam edir.

M.K: Biz bu yolda sərmayə qoymuşuq və lazımi addımlar atmağa davam edəcəyik. Məncə, müttəfiqlərimiz təhdid yerinə, bu addım barədə daha artıq detallar əldə etmək üçün müzakirə yolunu seçməlidirlər.

Bununla belə, günü sabah Ərdoğanın təyyarəsi Vaşinqtona uçacaq. Bu səfərin Türkiyə üçün müjdə gətirəcəyi və ixtilafların həlli üçün bir bəhanə olacağı gözlənilmir.