Noy 27, 2019 17:00 Asia/Baku
  • Türkiyə, hərbi əməliyyatların davamına təkid edib

Türkiyə Milli Təhlükəsizlik Şurası bu ölkə ordusunun Suriyada hərbi əməliyyatlarının davam etməsindən xəbər verdi.

Akşam qəzetinin internet portalının məlumatına görə, Türkiyə Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı günü  bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən iclasdan sonra bir bəyanat yayaraq, Suriyanın şimalında Türkiyə ordusunun hərbi əməliyyatlarının davamına təkid edib və bu əməliyyatların Suriya qaçqınlarının ölkələrinə qayıtması üçün  münasib zəmin yaratdığını söyləyib. 

Rəcəb Tayyib Ərdoğan bu iclasdan öncə və Qətərin paytaxtı Dohadan dönərkən müxbirlər qarşısında belə bir əməliyyatlar üçün müəyyən zamanın olmadığını elan edib. 

Suriyanın şimalına Türkiyə ordusunun "sülh çeşməsi" adı ilə tanınan hərbi təcavüzü çərşənbə günü 9 oktyabr " terrorizm ilə mübarizə" və "Türkiyə- Suriya sərhəddini Ankaranın terrorçu adlandırdığı kürd yaraqlılarından təmizləmək" bəhanəsi ilə başlanıb.

Türkiyənin bu təcavüzü Suriya höküməti və xalqı və həmçinin beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənilib.

Teqlər