Dek 06, 2019 18:59 Asia/Baku
  • Rusiya və Türkiyə yeni S 400 müqaviləsinə hazırlıq görürlər
    Rusiya və Türkiyə yeni S 400 müqaviləsinə hazırlıq görürlər

Bir Rusiya rəsmisi S 400 raket sisteminin satışı ilə bağlı 2020-ci ildə bu ölkə ilə Türkiyə arasında yeni bir müqavilənin imzalanacağından xəbər verib.

Rusiya hərbi-texniki əməkdaşlıq xidmətləri şirkətinin sədri Dmitri Şuqayev bu gün İnterfaks xəbər agentliiyinə bildirib: Moskva və Ankara S 400 hava hücumundan müdafiə sistemlərindən daha birisinin Türkiyəyə satışı üzrə yeni bir müqavilənin üzərində müntəzəm şəkildə işləməkdədirlər.

Türkiyə prezident administrasiyası da bu xəbəri təsdiq edib və bildiribdir ki, daha çox sayda S 400 sisteminin satın alınması zamanı sırf texniki xarakter daşıyır və yaxın gələcəkdə bu barədə yeni müqavilə bağlanacaqdır.

Rus rəsmi həmçinin bildiribdir ki, Moskva rəqabət qiymətinə Türkiyəyə qırıcılar da satmağa hazırdır.

Amerika Rusiyadan S 400 raket sistemləri satın almağı kənara qoyması üçün daim Türkiyəyə təzyiq göstərir.

 

Teqlər