Dek 13, 2019 08:02 Asia/Baku
  • Əhməd Davudoğlu yeni partiya yaradıb
    Əhməd Davudoğlu yeni partiya yaradıb

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi altında olan hakim Ədalət və İnkişaf Partiyası ilə rəqabət aparmaq üçün yeni partiyanın təsis olunması istiqamətində rəsmi ərizə təqdim edib.

Əhməd Davudoğluna yaxın şəxslərdən ibarət heyət dünən axşam Türkiyənin ədliyyə nazirliyində “Gələcək” partiyasını qeydə aldırıb.

Əhməd Davudoğlu bu gün Ankarada keçiriləcək bir mərasimdə öz yeni partiyasını təqdim edəcək.

Davudoğlu 2014-2016-cı illər arasında Türkiyənin baş naziri, ondan öncə isə xarici işlər naziri olubdur.

Türkiyənin keçmiş baş naziri bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın fəaliyyətini tənqid edərək, sentyabr ayında hakim Ədalət və İnkişaf Partiyasından çıxdı.

 

Teqlər