Ərdoğan beynəlxalq quruluşun və təhlükəsizlik şurasının dəyişdirilməsi vacibliyini vurğulayıb
Türkiyə prezidenti beynəlxalq quruluşun və təhlükəsizlik şurasının dəyişdirilməsi vacibliyini vurğulayıb və belə deyib: Bu şuranın beş daimi üzvünün digər xalqların taleyini təyin etməsinə icazə verməyəcəyik.
Rəcəb Tayyıb Ərdoğan “Kuala-Lumpur-2019” zirvəsində söyləyib: Təhlükəsizlik Şurasının beş daimi üzvünün 1,7 milyard müsəlmanın və digər xalqların taleyi və müqəddəratını təyin etməsinə icazə vermərik.
Ərdoğan vurğulayıb: Təəssüflə, İslam Dünyası müxtəlif sahələrdə çıxardığı qərarların icra olunmaması kimi əsaslı problemlə üzləşir.
Türkiyə prezidenti vurğulayıb: Qərbin terrorizmə legitimlik vermək üzrə səylərinə rəğmən, biz terrorizmlə mübarizə aparacağıq. İŞİD terror qrupu ilə mübarizə apardığımız və vuruşduğumuz kimi PKK və PYD kimi yaraqlı kürd qrupları ilə mübarizə aparacağıq.