Yan 10, 2020 09:23 Asia/Baku
  • General Soleymaninin terroru regionda gərginliyin artmasına səbəb olub
    General Soleymaninin terroru regionda gərginliyin artmasına səbəb olub

Türkiyənin xarici işlər naziri Sepah-ın Qüds qüvvələrinin komandanı general Qasem Soleymaninin İraqda terror edilməsini Qərbi Asiyada gərginliyin şiddətlənməsinin amili adlandırıb.

Mövlud Çavuşoğlu dünən Bağdadda İraqın xarici işlər naziri Muhəmməd Əli Əlhəkimlə birgə mətbuat konfransında deyib: General Qasem Soleymani və Həşduşşəbinin rəis müavini Əbu Məhdi Əlmuhəndisin Amerika tərəfindən terror edilmələri Qərbi Asiya bölgəsində gərginliyin misli görünməmiş tərzdə artmasına gətirib çıxarıb və region sülhü və təhlükəsizliyi üçün bir təhdid sayılır.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, regionu hər cür gərginlik və böhrandan uzaq saxlamaq üçün danışıqlar gedir.

İraqın xarici işlər naziri də deyib: Türkiyəli tərəflə razılaşdırılıbdır ki, İran ilə Amerika arasında gərginliyin azaldılması istiqamətində həmkarlıq edilsin. Məqsəd, regionun heç bir qalibi olmayacaq dağıdıcı bir savaş təhdidindən uzaq saxlanılmasıdır.