Yan 18, 2020 14:01 Asia/Baku
  • Türkiyə suriyalı yaraqlıları Liviyaya göndərir
    Türkiyə suriyalı yaraqlıları Liviyaya göndərir

Bir insan haqları təşkilatı Suriyanın Liviya Milli Razılıq Hökumətinə dəstək məqsədilə yüzlərlə yaraqlıya təlim keçmək, təşkilatlandırmaq və Liviyaya göndərmək səylərindən xəbər verib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müdafiəsi adlı qurum cümə günü 17 yanvarda öz internet portalında Türkiyə tərəfindən indiyə kimi 1750 suriyalı yaraqlının təlim keçdikdən sonra Liviyaya göndərildiyini xəbər verib.

Təşkilatın məlumatına əsasən, Türkiyənin işğalında olan Suriyanın şimal bölgəsində bu yaraqlıların təlimi işini davam etdirir.

Bu məlumatda deyilir; " Hazırda 1500 nəfər bu bölgələrdə təlim keçməkdədirlər və bu kurslar bitdikdən sonra Liviyaya göndəriləcəklər".

Həmçinin bu məruzəyə əsasən, indiyə kimi 19 suriyalı yaraqlı Liviyada öldürülüb və onların cənazələri Afrin şəhərinə qaytarılıb.

Suriya İnsan Haqları Müdafiəsi Təşkilatı bu muzdluların müharibə üçün göndərilməsinin BMT qərarlarına zidd olduğunu vurğulayıb.

Türkiyə parlamenti bu yaxınlarda bu ölkə hökumətinə Faiz Əl-Səracın başçılıq etdiyi Liviyanın Milli Razılıq Hökumətini dəstəkləmək üçün Liviyaya hərbi qüvvə və texnika göndərməyə icazə verib.

Xəlifə Haftərin başçılıq etdiyi Liviya Milli Ordusu qüvvələri 2019-cu ilin aprel ayından Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin himayəsilə Liviya Milli Razılıq Hökumətinin nəzarətində olan paytaxt Tripolini ələ keçirmək üçün bu şəhərə hücumlarını davam etdirirlər.

Teqlər