Yan 20, 2020 07:33 Asia/Baku
  • Ərdoğan: Liviyadakı iştirakımızı davam etdirəcəyik
    Ərdoğan: Liviyadakı iştirakımızı davam etdirəcəyik

Türkiyə prezidenti deyib ki, bu ölkə Liviyadakı iştirakını davam etdirəcək ki, Faiz Əl-Sərracın qanuni hökuməti öz hakimiyyətini tam şəkildə tətbiq edə bilmiş olsun.

Rəcəb Tayyıb Ərdoğan bu gün bir çıxışda deyib: Liviya ilə bağlı bizi qanuna qarşı çıxmaqda ittiham etmək olmaz, çünki Liviya ilə gördüyümüz iş, Türkiyə ilə Liviya milli birlik hökuməti arasında əldə olunmuş razılaşma əsasındadır.

Türkiyə prezidenti həmçinin Xəlifə Həftəri region üçün bir təhdid adlandırıb və deyib ki, bu ölkə Liviya milli birlik hökumətinə dəstəyini davam etdirəcək.

O, Avropa ölkələrinə xəbərdarlıq edib ki, Tripolidə yerləşən Liviya milli birlik hökumətinin süqut edəcəyi təqdirdə, onlar yeni problem və təhdidlərlə üzləşəcəklər.

Türkiyə iki ay bundan öncədən ciddi surətdə Liviya işinə daxil olub və rəsmən Faiz Əl-Sərrac-ın hökumətini “Liviya milli ordusu” adlandırılan qüvvələrin komandanı- feldmarşal Xəlifə Həftərin dəstəklədiyi hökumət qarşısında himayə edir. Amma əvəzində, Səudiyyə Ərəbistanı, Misir və əmirliklər Xəlifə Həftərin tərəfini tutaraq, əslində Liviyanı Türkiyə ilə vasitəçilik müharibəsi səhnəsinə çeviriblər.