Yan 26, 2020 14:14 Asia/Baku
  • Ərdoğan zəlzələdən zərər çəkənlərə hərhansı yardımın ediləcəyini vurğulayıb
    Ərdoğan zəlzələdən zərər çəkənlərə hərhansı yardımın ediləcəyini vurğulayıb

Cümə günü Türkiyənin şərqində 6.8 bal gücündə baş verən zəlzələ ilə əlaqədar Türkiyə prezidenti deyib: Hökumət zəlzələdən zərər çəkənlərə hərhansı yardımı edəcəkdir.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən bu ölkə parlamentinin sədri ilə birlikdə zəlzələ zonasına baxış keçirərkən yardım və xilasetmə əməliyyatlarının sürətləndirilməsinə təkid edərək deyib: Hökumət zəlzələ nəticəsində uçqunlar altında qalanların xilas edilməsi üçün əlindən gələni edəcəkdir. 

Ərdoğan deyib: Biz yardım və xilasetmə əməliyyatları üçün bütün təşkilatlardan bütün imkanlarımızı ərsəyə gətirəcəyik və həyata keçirəcəyimiz tədbirlər vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün normal şərait yaradacağımıza ümid edirik. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də özünün türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğana başsağlığı müraciətində İran xalqı və dövləti adından Türkiyə xalqı və dövlətinə başsağlığı verib, zəlzələdə həlak olanların ailələrinin kədərini bölüşüb və Allah taaladan əzizlərini itirən insanlara səbr diləyib. 

Teqlər