Fev 03, 2020 15:18 Asia/Baku
  • Türkiyə prezidenti Suriyanın şimalına hücumların davam edəcəyini bildirib
    Türkiyə prezidenti Suriyanın şimalına hücumların davam edəcəyini bildirib

Türkiyə prezidenti bildirib ki. bu ölkə ordusunun Suriyanın şimalına hücumları davam edəcək.

İRİB-in Ankaradan verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bu gün Ukraynaya səfərdən öncə Suriyanın şimalında bir neçə Türkiyə hərbçisinin ölümü və yaralanması xəbərinə münasibət bildirərkən deyib: Ankara Türkiyənin təhlükəsizliyini mühafizədə əzmkardır və bu kimi hücumların Türkiyənin iradəsini sarsıdacağını düşünənlər səhvə yol vermiş olurlar. 

Türkiyə prezidenti deyib: Hal-hazırda Türkiyə silahlı qüvvələrinin Suriya ərazisində 40 bölgədə hücumları davam edir. 

Rusiyanın Müdafiə Nazirliyi Türkiyə qüvvələrinin İdlibdə Suriya qüvvələrinə qarşı hücumunu təkzib edib. 

Qeyd edək ki, İdlibdə Suriya ordusu qüvvələri ilə toqquşmalarda Türkiyənin 4 əsgəri ölüb, 11 əsgəri isə yaralanıb. 

Suriya ordusu İdlib vilayətində terrorçuların təkrar atəşkəsi pozmalarına reaksiyada bu bölgədə hərbi əməliyyata başladı və indiyədək bu vilayətin müəyyən hissələrini terrorçuların işğalından azad edib. 

Son iki ildə Türkiyə yaraqlı kürd qrupları ilə mübarizə bəhanəsi ilə, Fərat Qalxanı, Zeytun Budağı və Sülh Çeşməsi adı altında Suriya ərazisində hərbi əməliyyatlar həyata keçirib və bütün bunlar rəsmi Dəməşqin etirazına səbəb olub. 

 

ƏRDOĞAN SURİYANIN ŞİMALINA HÜCUMLARIN DAVAM EDƏCƏYİNİ DEYİB

Teqlər