Fev 06, 2020 10:45 Asia/Baku
  • Türkiyədə qar uçqunu və aviaqəza
    Türkiyədə qar uçqunu və aviaqəza

Türkiyə mediaları bu ölkədə bir aviaqəza ilə bir zamanda bu ölkənin şərqində yerləşən Van bölgəsinin dağlıq məntəqələrində qar uçqunu nəticəsində 38 nəfərin ölməsindən xəbər veriblər.

Türkiyə mediaları dünən bildiriblər ki, bu hadisədə həmçinin altmışa yaxın insan da yaralanıbdır.

Bu hadisədən sonra bir qrup yardım qüvvəsi itkinləri axtarmaq və yaralılara yardım göstərmək üçün hadisə yerinə yola düşübdür ki, onların özləri də qar uçqununa düşüblər. Həlak olanlar arasında azı on bir nəfər yardım qüvvəsi var.

Deyilənlərə görə, 300-ə yaxın yardım qüvvəsi bölgəyə göndərilmişdi. Onlardan onlarla nəfər hələ uçqun altındadır.

Ötən 30 ildə Türkiyənin şimal və şərq dağlıq bölgələrində qar uçqunları nəticəsində 1500 nəfərdən çox insan həyatını itiribdir.

Belə bir halda, İzmir hava limanından havaya qalxan “Peqasus Air” aviaşirkətinin bir ədəd təyyarəsi dünən gecə İstanbulun “Sabiha Gökçen” hava limanına sərt eniş edib. Nəticədə təyyarə 3 yerə bölünüb.

Hadisədən sonra təyyarə yanıbdır.

Son məlumatlara görə, hadisəyə düçar olmuş təyyarədəüç nəfər ölüb, 179 nəfər xəsarət alıb.

Buna bənzər bir aviaqəza da ötən həftə bu hava limanının müvvəqqəti surətdə bağlanmasına səbəb olmuşdu.

 

Teqlər