Fev 09, 2020 21:25 Asia/Baku
  • Türkiyənin Suriyanın şimalındakı mövqeyi güclənib
    Türkiyənin Suriyanın şimalındakı mövqeyi güclənib

Türkiyənin yeni hərbi karvanının Suriyanın şimalında yerləşən İdlibə daxil olması ilə Türkiyə hərbçilərinin bu bölgədəki mövqeləri güclənibdir.

Türkiyənin yeni hərbi karvanı "Babulhəva" keçidindən Suriyanın İdlib vilayətinə daxil olub.

Türkiyə şənbə günü də Suriya ordusu İdlib vilayətinin mərkəzi yaxınlığındakı strateji bir şəhərin nəzarətini ələ aldıqdan sonra yüzlərlə hərbi avtomobili bu vilayətə köçürdü.

Türkiyə ordusu kürd silahlı qüvvələrilə mübarizə bəhanəsilə İdlibdə 12 nəzarət postu yaradıbdır.

Türkiyənin hərbi təchizatları elə bir halda Suriyaya daxil olubdur ki, bu ölkə ordusunun qanunsuz şəkildə İdlibə girməsinin ardınca Suriya ordusu son zamanlar Türkiyə hərbçilərinin bu vilayətdəki mövqelərini hədəfə alıb. Nəticədə bir neçə türk hərbçi ölüb, bir qrup hərbçi də yaralanıbdır.

Teqlər