Fev 11, 2020 20:08 Asia/Baku
  • Ankarada İslam İnqilabı qələbəsinin ildönümü qeyd olunub

İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü mərasimi Türkiyənin paytaxtı Ankarada müxtəlif ölkələrin siyasi, hərbi və mədəni nümayəndələrinin, səfirlərin və bir qrup rəsmi şəxsin iştirakı ilə keçirilib.

İslami İranın ümumdünya inqilabı 41-ci bahara çatdı. Hamı gəlmişdi ki, 40 ildən çox İranın başıuca xalqının azadlıq nidasını burda da eşitsin.

M.K- 41 il bundan öncə İran xalqının inqilabı İslam Dünyasını həyəcəna gətirdi. Bu müddətin eniş-yoxuşlarından sonra İran öz ayağı üstə dayanmaqda davam edir.

M.K- İran İslam İnqilabı regionun və hətta dünyanın bütün parametrlərini dəyişdi. Hazırda da İran qüdrətli və təsirli bir ölkədir.

Dünya səviyyəsində hərbi məsləhətçilər, siyasi şəxsiyyətlər, diplomatlar və partiyaların bir qrupunun həyatının xatirə dəftərlərinin bir vərəqi, İran xalqının inqilabıdır. İslami hərəkata maraq və vurğunluq.

M.K- İran İslam İnqilabı əsrin ən mühüm hadisəsi olaraq, İslam Dünyasının birliyinə səbəb oldu. Ayətullah Xomeyninin rəhbərlik etdiyi bu inqilab anti-Amerika və anti-imperializm hərəkatlarının ilhamvericisidir.

Bu mərasimin təşkilatçısı olan İran İslam Respublikasının səfiri İslam İnqilabının nailiyyətləri və İran-Türkiyə əlaqələrindən danışdı.

M.K- İran və Türkiyənin xalqları və dövlətlərini hədəfə alan Amerikanın birtərəfli və qanunsuz sanksiyalarına rəğmən, iki ölkənin əməkdaşlıqları davam etməkdədir. İran-Türkiyə münasibətləri olduqca dərin və çoxyönlüdür.

Türkiyənin kənd təsərrüfatı naziri də bu mərasimin xüsusi qonağı və bu ölkə hökumətinin nümayəndəsi idi.

M.K- İran-Türkiyə münasibətləri bütün siyasi, iqtisadi və mədəni sahələrdə yaxşı və inkişaf etməkdə olan xətlə irəliləyir.

Budur, İran islami hərəkatının sərhədlərdən kənardakı həmişəki əzəməti. Hazırda 41 ildən sonra daima meydanda olmaq lazımdır.