Fev 14, 2020 19:24 Asia/Baku
  • https://apa.az/az/xarici_siyaset/Prezident-Ilham-liyev-Leonardo-sirktinin-bas-icraci-direktoru-il-gorusub-572014
    https://apa.az/az/xarici_siyaset/Prezident-Ilham-liyev-Leonardo-sirktinin-bas-icraci-direktoru-il-gorusub-572014

Türkiyə prezidenti müxtəlif sahələrdə Pakistanla münasibətlərin möhkəmləndirilməsini vurğulayıb.

Türkiyə prezidenti bu gün Pakistan milli məclisindəki çıxışında deyib ki, Türkiyə bütün regional və beynəlxalq məsələlərdə Pakistana dəstəyini davam etdirəcək.

Rəcəb Tayyıb Ərdoğan həmçinin ABŞ prezidentinin “əsrin sövdələşməsi” adlandırılan üzdəniraq Yaxın Şərq sülh planını açıq şəkildə tənqid edib. O, söyləyib: Trampın Yaxın Şərq üzrə planı sülh üçün atılan bir addım deyil. Bu plan sionist rejimin işğalçılığının genişləndirilməsi üçündür.

Kəşmir məsələsinə toxunan Ərdoğan İslamabadın mövqeyinə dəstək verdiyini bildirib. O, Kəşmir münaqişəsinin ədalətli həlli və bu bölgə müsəlmanlarının hüquqlarına hörmət edilməsini istəyib.

Ərdoğan dünən ikigünlük rəsmi səfərlə İslamabada daxil olub.

O, dünən gecə öz pakistanlı həmkarı Arif Ələvi ilə görüşdə onunla birgə regionun son olaylarını araşdıraraq, islamofobiya fenomeni ilə mübarizə üçün ikitərəfli həmkarlıqların gücləndirilməsini vurğulayıb.