Fev 19, 2020 09:09 Asia/Baku
  • Türkiyə: Gezi parkı məhbuslarına azadlıq
    Türkiyə: Gezi parkı məhbuslarına azadlıq

Fevralın 18-də Türkiyə məhkəməsi 2013-cü il Gezi parkı etirazlarındakı rollarına görə məhkum edilmiş biznesmen Osman Kavala və daha 8 nəfərə qarşı ittihamlara xitam verib.

Ankara bu adamların məhkum edilməsinə görə Qərb tərəfindən kəskin tənqid olunurdu.

Reuters agentliyi bildirir ki, məhkəmə zalındakılar bu hökmü sürəkli alqışlarla qarşılayıblar.

Agentlik yazırki, hökm gözlənilməz olub. Hakim bildirib ki, müttəhimlər ittiham olunduqları cinayətləri törətməyiblər.

Xeyriyyəçi Kavala iki illik məhbusluqdan sonra məhkəmə zalından sərbəst buraxılıb.

TÜRKİYƏDƏ GƏZİ PARKI MƏHBUSLARI AZAD EDİLİBLƏR